Sərnişindaşıma şirkəti yeni marşrut xətti açmağı planlaşdırır
Yaxın günlərdə Bakı şəhərində daha bir avtobus marşrut xəttinin açılması planlaşdırılır. Belə ki, paytaxtda sərnişin daşınması ilə məşğul olan "BakuBus" MMC-nin növbəti marşrut xəttinin açılması nəzərdə tutulub.
Aktual.az "report"a istinadən xəbər verir ki, yeni xəttin C.Naxçıvanski-Gəncə prospketi-Ukrayna dairəsi-"Nargilə" kafesi-Nobel prospekti-"20-ci Sahə" yaşayış massivi marşrutu əhatə edəcəyi planlaşdırılır.
Qeyd edək ki, hazırda "BakuBus"ın paytaxtda "H1", 1, 2, 3, 4, 5, 6, 8 və 14 nömrəli marşrut xətləri fəaliyyət göstərir.