​"Baku Business Factory" seminar keçirdi

​

Bu gün "Baku Business Factory" (BBF) Azərbaycan Turizm və Menecment Universitetində təqdimat və seminar təşkil edib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, "Tələbə olarkən necə biznes qurdum?" mövzusunda keçirilən seminarın məqsədi tələbələrin biznesə olan marağının artırılması, onların bu sahədə maarifləndirilməsi olub.
BBF-nin layihə meneceri Toğrul Səmədov seminarda tələbələrə şəxsi biznes qurmağın sirlərindən danışıb. Natiq tələbə olduğu müddətdə qarşılaşdığı çətinliklərdən, mövcud problemləri və imkanları dəyərləndirmək yolu ilə öz biznesini necə qurmasından danışıb.
Bildirib ki, biznesi qurmaq üçün imkanları dəyərləndirmək, problemləri həll etmək, çox və məqsədli çalışmaq, risq etmək vacib şərtlərdəndir.
T.Səmədov təqdimatın sonunda tələbələrin suallarını da cavablandırıb.
Qeyd olunub ki, bu cür təqdimatlar digər universitetlərdə də həyata keçiriləcək.
Qeyd edək ki, "Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında “Union Grand Energy PTE” Şirkətlər qrupunun təsisçisi və sahibi, azərbaycanlı iş adamı Anar Əlizadə tərəfindən təsis edilib. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.
Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirmək imkanı əldə edə bilərlər.
Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edə bilərlər.
BBF-nin missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

Xəbər 654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR