"Baku Bus” avtobuslarının birində qəfildən sərnişinin halı pisləşib. Ona ilkin yardımı da sürücü göstərib.
"Baku Bus”MMC-dən Aktual.az-a verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən avtobusda baş verib.
Avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürcü srnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.
Aktual.az
Xəbər 325 dəfə oxunub.