Bakının üç küçəsində yol bağlanacaq

Bakının üç küçəsində yol bağlanacaq

Bakıda bir sıra küçələrdə yollar bağlanacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu gün saat 14:00-dan başlayaraq Nərimanov rayonunun Mayakovski, Çaykovski və Hidayətzadə küçələrində (10 saylı ünvanda, Mayakovski küçəsinin hərəkət hissəsinin eninə keçməklə, Mayakovski və Çaykovski küçələrinin hərəkət hissəsi boyu İ.Hidayətzadə küçəsinə qədər) gedən istilik xəttinin mərhələlərlə dəyişdirilməsi üçün asfalt örtüyü söküləcək.

İşin icrasının hər mərhələdə icazə verilmiş 5 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, təmir işləri “Azəristiliktəchizat” ASC tərəfindən aparılır.

Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR