Bakının tələbindən sonra köçürmüşdü - İndi işə salır

Bakının tələbindən sonra köçürmüşdü - İndi işə salır

Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır.
"Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək", - Papoyan qeyd edib.
O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub.
Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR