Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisinə başlanılıb.
Aktual.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir.
Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq.
Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi nəzərdə tutulub.
Yolun tikintisi avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin edəcək.