Bakının seysmik qiymətləndirilməsinə başlamaq üçün tələb olunan avadanlıqlar aprelədək Azərbaycana gətiriləcək.
Aktual.az bildirir ki, bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda Bakıda seysmik riskin qiymətləndirilməsi üçün hazırlıq işləri aparılır. Layihənin icrasına isə apreldən başlanacaq:
"Təqribi yerlər seçilib, sxem müəyyənləşdirilib. Qiymətləndirmənin aparılması üçün cihazlar müxtəlif qruntlarda yerləşdiriləcək. Cihazların yeri 6 aydan bir dəyişdiriləcək".
Q.Yetirmişli qeyd edib ki, layihə pilot olaraq, Səbail rayonundan başlanacaq və burada 3 il müddətində həyata keçiriləcək.
Q.Yetirmişli deyib ki, bu layihənin bütün Bakını əhatə etməsi nəzərdə tutulur. Layihə Almaniya Geologiya Xidməti tərəfindən həyata keçiriləcək.
Aktual.az
Xəbər 371 dəfə oxunub.