Şəki-Xaldan yolunun genişlənməsi ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması məqsədi ilə bu gün saat 11:40-dan etibarən Şəki rayonunun bir neçə kəndinin qaz təchizatı dayandırılıb.
Bu barədə
Aktual.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, həmçinin, Bakı şəhərinin Nərimanov rayonu ərazisində qaz xəttində sazlama işlərinin aparılması ilə bağlı saat 11:30-dan etibarən X.R.Ulutürk küçəsi və H.Əliyev prospektinin bir hissəsinin qaz təchizatında məhdudiyyət tətbiq olunub.
Xəbər 228 dəfə oxunub.