Bakıda məşhur mağazadan oğurluq olub.
Aktual.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki "Emporium" mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.