Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.
Aktual.az Report-a istinadən xəbər verir ki, binaya baxış keçirildikdən sonra onun qəzalı vəziyyətdə və bərpaya yararsız olduğu qənaətinə gəlinib.
Qeyd edək ki, binanın restavrasiya edilməsi istiqamətində ötən ilin dekabrında müsabiqə keçirilmiş və bu ilin martında qaliblərin açıqlanmışdı.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə binanın bərpası istiqamətində keçirilən müsabiqə barədə qeyd edib ki, yekun nəticədə bina tarixi abidə kimi qiymətləndirilməyib:
"Biz müsabiqə yolu ilə, bir növ, ictimai rəyi, peşəkar memarları mövzuya cəlb etmişdik və nəticə belə oldu ki, bina tarixi abidə kimi qiymətləndirilmir. Təqdim olunan layihələrə baxanda aydın görünür ki, orada binanın əvvəlki forması qoruyan, olduğu kimi saxlayan layihə yoxdur. Təyinatından tutmuş görünüşünə qədər hər bir detal dəyişdirilib. Yəni təqdim olunan layihələrin heç birində bərpa elementi yox idi. Bir sözlə, qənaət budur ki, "Dostluq" kinoteatrı tarixi abidə statusuna layiq deyil".
Xəbər 45 dəfə oxunub.