Bakının mərkəzində qadını öldürüb meyitini pəncərədən atdılar

Bakının mərkəzində qadını öldürüb meyitini pəncərədən atdılar

Dünən gecə Bakının Səbail rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb

Lent.az xəbər verir ki, gecə saatlarında Neftçilər prospektində binanın qarşısında meyiti tapılan 46 yaşlı Yelena Sandradinovanın meyitinin elə həmin binanın pəncərəsindən atıldığı məlum olub. Belə ki, Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy 3-cü mərtəbədəki mənzildə kef məclisi təşkil ediblər.
 
Onlar əvvəlcədən tanıdıqları Yelenanı və onun rəfiqəsi Allanı da məclisə dəvət ediblər. Gecə saatlarında spirtli içkinin təsiri altında olan şəxslər arasında dava-dalaş olub. Bu zaman onlar 41 yaşlı Yelenanı döyüblər. Ağır xəsarətlər alan qadının xırıldadığını görən dostlar daha sonra onu pəncərədən küçəyə atıblar. Həmin vaxt hər iki şəxs onlara etiraz edən Allanı da döyüb evdən qovublar. Daha sonra isə spirtli içkinin təsiri altında yuxuya gediblər.
 
Polis ilk olaraq meyitin tapıldığı yerin qarşısındakı binanı yoxlamaq qərarına gəlib və qapı açılanda otağın qan içində olduğu, içki şüşələrinin ətrafa səpildiyini görüblər. Tutulan şəxslər törətdikləri əməli etiraf ediblər.
 
Bildirilir ki, hadisədə adı keçən şəxslər qeyri-sağlam həyat tərzi sürürlər.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR