Oğurluq etdiyinə görə saxlanılan İlkin Paşayevin digər cinayət əməlləri də müəyyən edilib.
Aktual.az 1xəbər.com-a istinadən bildirir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən iyulun 17-də tutulan şəxsin başqa əməlləri də ortaya çıxıb. Məlum olub ki, İlkin Paşayevin daha 4 nəfərə məxsus mənzillərdən pul, qızıl və məişət əşyaları oğurlayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.