Bakının mərkəzində qızıl dükanından dəyəri 40 min manat olan brilyant qolbağı oğurlanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən "Vivid Diamond" mağazasında qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Seymur Kərimova məxsus mağazaya 3 nəfər daxil olaraq satıcının fikrini yayındırıb. Bundan sonra 40 000 manatlıq brilyant qolbağı oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 449 dəfə oxunub.