Bakıda intihar hadisəsi baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, dünən Parlament prospekti 1 ünvanının yaxınlığında 1946-cı il təvəllüdlü Rzayev Akif Gülhüseyn oğlu yardımçı tikilidə özünü asaraq intihar edib.
Binəqədi rayon sakini olan 60 yaşlı A.Rzayev ərazidə bağban işləyirmiş.
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.