Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 442 dəfə oxunub.