Bakının Nəsimi rayonunda, Səməd Vurğun küçəsində (Zabitlər bağının qarşısında, Təzə bazar istiqamətində) yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Aktual.az Bakı Nəqliyyat Agentliyi-ə istinadən xəbər verir ki, həmin küçədə nəqliyyatın hərəkəti aparılan təmir işləri ilə əlaqədar dayandırılıb. Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur.
Xəbər 281 dəfə oxunub.