Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabrın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.