Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart"ları hazırda gedişin nağd ödənildiyi avtobuslarda istifadə etmək mümkün olacaq.
Aktual.az xəbər verir ki, bunu Trend-ə "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, hazırda Bakının bütün avtobuslarında gediş haqqının nağdsız ödənişinin tətbiqi məsələsi müzakirə edilir.
C.Əliyev qeyd edib: "Ümid edirik ki, növbəti mərhələdə "BakıKart" kartları digər özəl nəqliyyat şirkətlərinin avtobuslarında da gediş haqqını ödəmək üçün istifadə ediləcək".
Xatırladaq ki, hazırda "BakıKart"lar Bakı Metropolitenində və "BakuBus" nəqliyyat şirkətinin 8 marşrutunda gediş haqqını ödəmək üçün istifadə olunur.
BakiKart-ların alınması və yüklənməsi MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.
Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat