Bakıda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi məqsədilə xüsusi zolaqların yaradılması işlərinə başlanılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, xüsusi zolaqlar ilkin olaraq 6 küçədə çəkilir:
- Bibiheybət yolu;
- Əhməd Rəcəbli küçəsi;
- Alfred Nobel prospekti;
- Rəşid Behbudov küçəsi;
- Yusif Səfərov küçəsi;
- Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində.
Qeyd edək ki, Bibiheybət yolunda xüsusi hərəkət zolaqlarının çəkilməsi işləri yekunlaşıb. Sabahdan etibarən Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılacaq.