Bu gün səhər saatlarından Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə edilir.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bundan başqa, Moskva prospekti (20 Yanvar dairəsi istiqamətində), Ziya Bünyadov prospektində, Zərifə Əliyeva prospektində, Bakı-Sumqayıt şosesində (paytaxta doğru) və A.Bakıxanov küçəsində (Dövlət Statistika Komitəsi istiqamətində) nəqliyyat vasitələrinin nisbi sıxlığı yaranıb.