Bakı şəhəri Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 3 iyun tarixində gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.