Bakının 22 küçə və prospektində tıxac əleyhinə tədbirlər həyata keçirilir

Bakının 22 küçə və prospektində tıxac əleyhinə tədbirlər həyata keçirilir

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Bu barədə Aktual.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın 10 prospektində və 16 küçəsində svetoforlara "yaşıl dalğa” tətbiq edilir. Həmin küçə və prospektləri təqdim edirik:
1. Mətbuat prospekti;
2. Xətai prospekti
3. Tbilisi prospekti;
4. İnşaatçılar prospekti;
5. Azadlıq prospekti;
6. Atatürk prospekti;
7. 8 Noyabr prospekti;
8. Səməd Vurğun küçəsi;
9. Abbasqulu ağa Bakıxanov küçəsi;
10. Süleyman Rəhimov küçəsi;
11. İzəddin Həsənoğlu küçəsi;
12. Mikayıl Müşfiq küçəsi;
13. Məhəmməd Füzuli küçəsi;
14. Rəşid Behbudov küçəsi;
15. Koroğlu Rəhimov küçəsi;
16. 28 May küçəsi;
17. Yusif Səfərov küçəsi;
18. Ak.Həsən Əliyev küçəsi;
19. Dilarə Əliyeva küçəsi;
20. Molla Pənah Vaqif prospekti;
21. Əbdüləzəl Dəmirçizadə küçəsi;
22. 20 Yanvar dairəsi.

Xəbər 127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR