Bakıdan uçan təyyarə güclü duman nəticəsində Tbilisi beynəlxalq hava limanına eniş edə bilməyib.
Aktual.az xəbər verir ki, bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Sıx duman bazar ertəsinə keçən gecə Tbilisi aeroportunda bütün aviareyslərin təxirə salınmasına səbəb olub.
Hava limanının administrasiyasından bildiriblər ki, hazırda duman səbəbindən 10 planlaşdırılmış aviareys ləğv olunub, bir neçə reys isə gecikir.
Ləğv edilmiş reyslərin nə vaxt bərpa olunacağı barədə dəqiq məlumat verilmir. Xəbər 489 dəfə oxunub.