İrəvan Ermənistan və Azərbaycan delimitasiyası komissiyalarının iş reqlamentini təsdiqləyib.
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
"Bu, hələlik texniki sənəddir, lakin tezliklə iş metodologiyası təsdiqlənməlidir. Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar”, - o bildirib.
Qeyd edək ki, bu gün Baş nazir Əli Əsədov sözügedən reqlamenti təsdiqləyib.
Xəbər 658 dəfə oxunub.