Bakıdan Rusiyanın Çelyabinsk şəhərinə təyyarə reysi açılıb

Bakıdan Rusiyanın Çelyabinsk şəhərinə təyyarə reysi açılıb

Rusiyanın "İrAero” şirkəti Bakıdan Çelyabinsk şəhərinə birbaşa təyyarə reysi açıb.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Çelyabinsk hava limanının nümayəndəsi Vera Polkorıtova ilkin olaraq uçuşların iyunun 20-dək çərşənbə axşamı, sonra cümə axşamı günləri həyata keçirilməklə həftədə bir dəfə icra ediləcəyini deyib.
Çelyabinsk - Bakı istiqamətində ilk uçuşda 29 nəfər sərnişin iştirak edib. "Çelyabinsk Hava Müəssisəsi”nin kommersiya direktoru Dmitri Miasnikov tələbat artarsa, gələcəkdə reyslərin sayını artıracaqlarını istisna etməyib.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR