Bakıdan qaçan Pallonedən ilk açıqlama

Bakıdan qaçan Pallonedən ilk açıqlama

COP29-da iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizə gələn, Azərvaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan Frank Pallone Bakını tərk etməsi haqda ilk dəfə danışıb.
Aktual.az  xəbər verir ki, konqresmen X platformasındakı paylaşımda ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib.
O, Bakıdakı etirazlardan sonra Azərbaycanı tərk etməli olduğunu deyib. Lakin Ermənistan və ermənilərlə bağlı "mübarizəni” davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir sıx əlaqələri olan Frank Pallone Konqresdə daim Azərbaycana qarşı mövqeyi və ittihamları ilə seçilib. O, COP29-da iştirak üçün Vaşinqtonun nümayəndə heyətinin tərkibində noyabrın 16-da Bakıya gəlib. Onun ölkəmizə səfəri ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycandan üzr istəməsi və ölkəni tərk etməsi tələbi ilə aksiya keçirilib. Pallone bundan sonra gizli şəkildə ABŞ-a qayıdıb.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR