Bakıdan Moskvaya həşiş aparan şəxs 11 il müddətinə cəzalandırıldı

Bakıdan Moskvaya həşiş aparan şəxs 11 il müddətinə cəzalandırıldı

Narkotik vasitə əl yükünə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Turac Hüseynovun CM-nin 206.3.2-ci (qaçaqmalçılıqqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, bu il fevral ayının 12-də Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiyaya gedən Turac Hüseynovun əl yükünə keçirilən baxış zamanı ona məxsus çemodanda 6 ədəd bağlamada, ümumi çəkisi 5,88 kq həşiş qətranı aşkar edilərək götürülüb.

Məhkəmə prosesində T.Hüseynov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Aktual.az

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR