Bakıdan Bolqarıstana birbaşa avtobus reysi açılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, avtobus iyul ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 2, 4 və 6-cı günləri yola düşəcək.
Reyslər Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Burqas və Bakı-İstanbul-Vorna istiqmətində fəaliyyət göstərir. Avtobuslar saat 12:00-da yola düşür. Biletlərin qiyməti isə 130 manat təşkil edir.
Sərnişinləri daşıyan avtobuslar rahat, komfortlu olmaqla bərabər WIFI internet şəbəkəsi ilə təchiz edilib.
Yaxın vaxtlarda Bakı-Batumi reysi də fəaliyyətə başlayacaq. Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dur.
Gediş qiyməti 25.00 manat təşkil edəcək.
Batumi azərbaycanlıların yay istirahətləri üçün ən çox üz tutduqları şəhərlərdəndir. Hər il yüzlərlə azərbaycanlı məzuniyyətini Qara dəniz sahilində keçirmək üçün bu şəhərə yollanır. //Anspress.com
Batumi çimərliyi