Bu gün Bakıdan "Bağdad Alfa" (421A-422A) və "Bravo" (421B-422B) reyslərinə uçuşlar ləğv olunub.
Aktual.az bildirir ki, bu barədə report-a "İraq Hava Yolları"ndan məlumat verilib.
Şirkətdən bildirilib ki, hər gün "B 737/300" təyyarəsi ilə saat 16:30-da yerinə yetirilməli olan Bakı-Bağdad (Al Muthana)-Bakı aviareysi üzrə ekstra uçuşlar artıq olmayacaq.
Şirkət hər gün saat 20:30-da təşkil edilən avireys üzrə adi qaydada uçuşlarını davam etdirəcək.
Sözügedən aviareys üzrə Bağdaddan Bakıya təyyarə saat 16:00-da yola düşür, saat 19:30-da Bakıya çatır. Bakıdan Bağdada isə saat 20:30-da uçan təyyarə saat 22:00-da Bağdada enir.
Qeyd edək ki, Bakı-Bağdad reysi üzrə bir tərəfli biletin qiyməti 247 dollardan, iki tərəfli biletin qiyməti isə 392 dollardan başlayır.