Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.
Aktual.az "Report"a istinadən bildirir ki,1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.
Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbər 372 dəfə oxunub.