Bakıdakı Avropa çempionatının püşkü atılıb

Bakıdakı Avropa çempionatının püşkü atılıb

Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə UEFA-nın milli komandalar şöbəsinin rəhbəri Lens Kelli, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın I vitse-prezidenti Elşad Nəsirov başda olmaqla, milli assosiasiya rəsmiləri, çempionatın səfiri Röya Ayxan, ötənlərin məşhur italiyalı qapıçısı Françesko Toldo da iştirak edib.

Püşkü Kelli və Röyadan əlavə, Azərbaycanın məşhur futbolçusu İsgəndər Cavadov çəkib. Nəticədə final mərhələsinə vəsiqə qazanmış 16 ölkə yığması püşk nəticəsində 4 qrupa bölünüb. Azərbaycan millisinin bəxtinə Portuqaliya, Belçika, Şotlandiya düşüb:

A qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya,

B qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina

C qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç

İtaliya, Serbiya, Hollandiya, İspaniya

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR