Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib.
Aktual.az report-a istinadən xəbər verir ki, ötən gün özünü Binə qəsəbəsindəki binalardan birinin 5-ci mərtəbəsindən yerə atan 16 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Aktual.az
Xəbər 419 dəfə oxunub.