Bakıda məişət tullantılarının arasından xeyli silah-sursat tapılıb.
Aktual.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Təmiz şəhər” ASC-nin ərazisindən “DGT-9” markalı qumbaraatan və 2 ədəd mərmi, alışqansız qumbara, pnevmatik tapança, tüstüyayıcı cihaz və 768 ədəd patron tapılaraq Sabunçu RPİ 12-ci PB-yə təhvil verilib.