Bakıda zibil qutusundan doğranmış kişi meyiti tapılıb.
"Report”un xəbərinə görə, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı qutudan kişi cinsinə məxsus insan meyitinin hissələrə ayrılmış qalıqları aşkar edilib.
Meyit Suraxanı Rayon Prokurorluğuna təhvil verilib.
Araşdırmalar davam etdirilir.