Bakıda zavodda PARTLAYIŞ - ÖLÜ VƏ YARALI VAR - YENİLƏNİB

Bakıda zavodda PARTLAYIŞ - ÖLÜ VƏ YARALI VAR - YENİLƏNİB

Bu gün Qaradağ rayonunda baş vermiş partlayış nəticəsində vəfat edən şəxsin meyiti morqa aparılıb. 
 
Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində, qəbiristanlığın yaxınlığında yerləşən və türkiyəli iş adamına məxsus olan aluminium məmulatların qəbulu, çeşidlənməsi və istehsalı müəssisəsindəki partlayışdan sonra əraziyə 2 təcili tibbi yardım briqadası gəlib. Ölən şəxsin meyiti götürülüb. Hazırda onun kimliyi araşdırılır.
 
İlkin məlumata görə, partlayışa qaz balonu səbəb olub. Qaradağ rayon Prokurorluğunun və polis idarəsinin trəhbər şəxsləri hadisə yerinə gəlib.
 
*****
Bakıda zavodda partlayış olub.
 
APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.
 
Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
 
Hazırda hadisə yerində araşdırma aparılır. 

 
Aktual.az
Xəbər 883 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR