Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Aktual.az "Report"-a istinadən xəbər verir ki, "Kamaz" və "VAZ-2107" markalı yük və minik maşınlarının toqquşması nəticəsində 1963-cü il təvəllüdlü Məmmədova Şəhla Habil qızı və 1988-ci il təvəllüdlü Abbasova Gülü Həvasət qızı ciddi xəsarət alıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Ş.Məmmədovaya kəllə-beyin travması və dişlərinin çoxsaylı sınığı, G. Abbasovaya isə sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 561 dəfə oxunub.