Bakıda yolu keçmək istəyən qadın "Jeep"in altında qaldı

Bakıda yolu keçmək istəyən qadın

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində piyadanı avtomobil vurub.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
 
Yol qəzası Salyan yolu şossesində qeydə alınıb. Təxminən 35-40 yaşlarında olan qadın yolu keçmək istəyərkən onu "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi vurub. Məlumata görə, sürücü yolun qaranlıq olması səbəbindən zərbə anına qədər piyadanı görməyib. Nəticədə qadın tanınmaz şəklə düşüb.
 
Yol nəqliyyat hadisəsinin istintaqını Səbail RPİ-nin istintaqçıları araşdırır. İdarədən ölən qadının şəxsiyyəti və hadisənin təfərrüatları barədə bir məlumat verilməsə də, sürücünün saxlanıldığı bildirilib.
 
Aktual.az 
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR