Bakıda yol polislərini taxta ilə döydülər

Bakıda yol polislərini taxta ilə döydülər

Sürücü polisə tabe olmayıb.

Bakıda sürücü və qohumları Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücum edərək onlara xəsarət yetirib.

Aktual.az “Report”-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Mərdəkən qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev “VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən “VAZ 2107” avtomobilin sürücüsünə “Saxla” əmri verilib. Lakin buna baxmayaraq, R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib.

O, avtomobili yaxınlıqda - yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl “Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər.

Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir.

Xuliqanlıq törədən şəxslər Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb, istintaq aparılır.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR