Azərbaycanda "Media Company"–nin nəzdində “M.TEATR PRODUCTION” adlı yeni müstəqil teatr yaradılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, teatrın bədii rəhbəri əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Martın 29-da R.Behbudov adına Mahnı Teatrında teatrın “Məsəl, ya...” adlı ilk tamaşa nümayiş olunacaq.
Vidadi Həsənovun rəhbərliyi ilə yaradılmış müstəqil teatrda gənc sənətçilər toplanıb. “Məsəl, ya...” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edirlər. Ü.Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə-tamaşada iştirak edən beş sənətçi beş zaman səyyahı kimi tamaşaçıları keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparır.