Binəqədi rayonu ərazisində yerləşən "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlanıb.
Aktual.az milli.az-a istinadən xəbər verir ki, cinayət avqustun 1-də törədilsə də, cinayətkarı tutumaq xeyli vaxt çəkib. Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində seyfi oğurlayan Bakı şəhər sakini Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.