Bakıda avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları seyfi oğurlamış dəstənin digər üzvü tutulub.
Aktual.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.