Bakıda xüsusi əməliyyat: 40 radikal islamçı saxlanıldı

Bakıda xüsusi əməliyyat: 40 radikal islamçı saxlanıldı

Cinayət işi açılıb.

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.

Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR