Bakıda xəstəxanada intihar hadisəsi baş verib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasında qeydə alınıb. Orada müalicə alan, 1939-cu il təvəllüdlü Rafiq adlı şəxs üçüncü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az