Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.
"Report”un xəbərinə görə, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda baş verib.
Faktı "Report”a İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur”.
Xəbər 479 dəfə oxunub.