Bakıda vulkan püskürüb.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Onun sözlərinə görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verib: "Həmin ərazidə palçıq vulkanı püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə Barədə Milli Elmlər Akademiyasının vulkanologiya şöbəsinə məlumat verilib və FHN-in briqadaları hadisə yerindədirlər".
Aktual.az
Xəbər 667 dəfə oxunub.