Bakıda vətəndaş özünü bankın qarşısında yandırdı -Yenilənib - VİDEO (18+)

Bakıda vətəndaş özünü bankın qarşısında yandırdı   -Yenilənib - VİDEO (18+)

Faktla bağlı araşdırmalara başlanılıb.

Azərbaycanda banka borcu daha bir nəfər intihara cəhd edib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə “Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində baş verib.

“Muğanbank”a borclu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov pulu ödəyə bilmədiyi üçün bankın Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb və yandırıb.

Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Məlumata görə, intihara cəhd edən 30-35 yaşlı kişi bankdan pul götürərək maşın alıb. Pulu ödəyə bilmədiyi üçün avtomobil bankın təqdimatı ilə polis tərəfindən həmin şəxsdən müsadirə olunub. Maşını əlindən alınan borclu da çıxış yolunu özünü yandırmaqda tapıb.

Dəhşətli intihara cəhd hadisəsinin videosunu təqdim edirik:

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR