Bakıda “Verti” MMC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Bakıda “Verti” MMC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Bakıda müxtəlif tikililərdə liftlərin texniki təminatı ilə məşğul olan "Verti” MMC lift şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Şirkətdən "Report"a verilən məlumata görə, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda inzibati binada liftin şaxtasında təmir işləri aparan şirkətin əməkdaşı Orxan Əhmədov bədbəxt hadisə nəticəsində vəfat edib. 
"Verti” MMC-dən bildiriblər ki, o binanın 2-ci mərtəbəsində sabit dayanan liftin üzərində işləyərkən naməlum səbəbdən, binanın 1 və -1 mərtəbələri arasındakı meydançaya yıxılıb və hadisə yerində vəfat edib. 
Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun əməkdaşları ilə birlikdə meyitə baxış keçirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin operativ qrupu tərəfindən şaxtadan çıxarılıb və tibbi ekspertizaya təhvil verilib. 
Hadisə ilə bağlı araşdırma aparılır.


Aktual.az
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR