Bakıda varidatını bank müdiri olan qadına verdi - ÖZÜ ZİRZƏMİDƏ YAŞAYIR

Bakıda varidatını bank müdiri olan qadına verdi   - ÖZÜ ZİRZƏMİDƏ YAŞAYIR

“Həmin qadın bankın müdiri idi”.

Loğman Məmmədov köhnə bir binanın zirzəmisində rütubətli otaqda yaşayır. İçəri daxil olan zaman tualetdən gələn pis qoxu və natəmizlik diqqəti çəkirdi. Belə bir yerdə nəinki yaşamaq, 5 dəqiqədən artıq qalmaq belə, insan sağlamlığı üçün zərərlidir.

Aktual.az musavat.com-a istinadən bildirir ki, amma Loğman Məmmədov burada yaşayır.

Çünki başqa çarəsi yoxdur.

Loğmanın gözləri dolur, ilk kəlməsi “Bu qapıdan uzun zamandır ki, heç kim girmir. Vaxt var idi ki, hamı ətrafımda fırlanırdı. İndi heç kimə lazım deyiləm” oldu.

- Siz buraya necə düşmüsünüz?

- Mən 18 il Abşeronda, neft bazasında müdir işləmişəm. Hər şeyim var idi. Evlərim, villalarım, maşınlarım, torpağım olub. Müdir vəzifəsindən çıxandan sonra bir müddət heç bir işlə məşğul olmadım.

Bir dostum məni Zəkiyyə adlı bir xanımla tanış elədi. Həmin qadın Gəncədə “Unibank”ın müdiri idi. Mənə təklif elədi ki, Bakıda yaradacağı banka sponsor olum.

Həmin qadın Gəncədəki bankı bağlayıb, Bakıda “AtraBank”ın daxilində kredit şöbəsi yaratdı. Mən ona 800 min manat pul verdim. Bundan əlavə, evlərimi, mülklərimi satdım, banklara, qızıllarımı girov qoyub, hamısını ona verdim. Dostlarımı da banka pul qoymağa dəvət etdim. Güvəndim, səhv elədim.

Bir müddət sonra həmin qadın həm mənim, həm də digərlərinin pullarını götürərək qaçdı. İnterpola şikayət etdim, axtardılar, tapa bilmədilər. Hər dəfə adı bir ölkədən çıxdı. Bu günə kimi də həmin qadın tapılmayıb.

- Bəs sizin ailəniz, yaxınlarınız yoxdur?

- Var. Amma yoldaşımdan boşanmışam. Onlar da mənə sahib çıxmırlar. Qalmışam, burada... Xəstəyəm, bir dəfə əməliyyat olunmuşam. Amma hələ də tam sağalmamışam. Müalicəyə, yardıma ehtiyacım var.

Məsələni bu yerdə saxlamaq istəmədik. Belə bir insanın niyə bayıra atılmasını, ona sahib çıxılmamasını araşdırmağa qərar verdik. İlk olaraq Loğman Məmmədovun keçmiş həyat yoldaşı Sürayə xanımla əlaqə saxladıq. Onunla danışandan sonra bəzi bilinməyən məqamlar ortaya çıxdı.

Məsələn, telefon danışığından sonra məlum oldu ki, L.Məmmədov Sürayə xanımdan 14 il öncə ayrılıb və ikinci dəfə ailə həyatı qurub: "O, məni 14 il qabaq 3 uşağımla, sahibsiz, gücsüz durumda atdı, getdi. Özünə təzə arvad aldı. Heç bizi düşünmədi. Qızım da, özüm də xəstəyəm. Maddi imkanım da yoxdur. Loğmanla biz 14 il qabaq boşanmışıq. O, artıq mənim üçün bir yad kişidir. Getsin, ikinci arvadından ümid dilənsin. Ceyran adlı qadına görə bizi atdı, getdi. İndi də ondan yardım istəsin.

O, bizə zülm edirdi. Döyürdü, əziyyət verirdi. Neçə dəfə küçədə sürüyə-sürüyə məni döyüb. Hamı buna şahiddir. Elə insanla bir evdə yaşamaq olardı? Hər şeyimizi satdı, qızıllarımı girova qoydu. Pullarını Ceyrana xərclədi. Qalanlarını da itirdi. İndi yenə məndən kömək istəyir? Bizdən uzaq dursun.

// Aktual.az

Xəbər 8690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR