Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə başlayıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.