Bakıda bədbəxt hadisə baş verib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 4a, mənzil 6-da baş verib.
Ev sahibi, 1974-cü il təvəllüdlü Xəlilov Samir İsrafil oğlu yaşadığı mənzilin eyvanında aparılan təmir işləri ilə bağlı qaynaqçı Əliyev Rafiq İsmixan oğluna kömək edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.
S.Xəlilov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.